İran nümayəndə heyəti İrəvana getdi

13.01.2025

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran-Ermənistan Dostluq Qrupunun nümayəndələri üç günlük səfər məqsədilə İrəvana yollanıblar.

Metbuat.az xəbər verir ki, bu barədə İranın kütləvi informasiya vasitələri məlumat yayıb.

Qrupun sədri, erməni əsilli Ara Şahverdiyan və digər üzvlər ermənistanlı həmkarların dəvəti ilə Ermənistanın paytaxtındadırlar.

Proqrama əsasən, nümayəndə heyətinin Ermənistan parlamenti və hökuməti rəsmiləri ilə görüş keçirməsi, eləcə də qarşılıqlı əməkdaşlıqla bağlı müxtəlif məsələləri müzakirə etməsi planlaşdırılır.

Səfərin yanvarın 15-dək davam edəcəyi qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью