İran nüvə obyektləri ilə bağlı ittihamlara cavab verdi

11.06.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ və üç Avropa ölkəsinin İrana qarşı hazırladığı qətnamə layihəsini tənqid edib.

Milli.Az xəbər verir ki, o, "X" hesabında yazıb ki, bu addım hərbi cinayətlərin ört-basdır edilməsinə xidmət edir və ABŞ ilə İsrailin İranın nüvə obyektlərinə hücumları nəticəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri ölkəni tərk etməli olub.

Qəribabadi bildirib ki, bu hücumlar yoxlama prosesini dayandırıb, nüvə təhlükəsizliyini pozub və daha sonra İrana təzyiq vasitəsinə çevrilir. 

Asya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью