İran nüvə proqramı ilə bağlı danışıqlara başlayıb

25.11.2024

Icma.az bildirir, Operativmedia portalına istinadən.

İran Fransa, Almaniya və İngiltərə ilə nüvə proqramını müzakirə edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə İranın XİN sözçüsü məlumat yayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, İran, Fransa, Almaniya və İngiltərə xarici işlər nazirlərinin müavinləri danışıqlara qatılacaq.

Görüşdə nüvə sazişi ilə yanaşı, regional məsələlər də müzakirə ediləcək. Bekayi görüşün harada keçiriləcəyini dəqiq açıqlamayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью