“İran nüvə proqramından əl çəkməyəcək”

25.06.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İran İsraillə müharibədən sonra belə nüvə proqramından əl çəkməyəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al-Araby al-Jadeed”ə müsahibəsində deyib.

“Biz bu texnologiyalara həddən artıq sərmayə qoymuşuq. Alimlər öldü, xalq sanksiyalara məruz qaldı, bizə qarşı müharibə başladıldı. İranda heç kim bu proqramdan əl çəkməyəcək. O, həmişə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarətində olub”, - XİN rəhbəri bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью