İran nüvə silahı əldə etsə, dünya fəlakətə sürüklənəcək

19.06.2025

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran nüvə silahı əldə etsə, dünya fəlakətə sürüklənəcək

ABŞ prezidenti Donald Tramp deyib ki, o, İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək, çünki bunun dünya üçün fəlakətli nəticələri olacaq. Bu barədə CBS News xəbər verir.

Ağ Evin rəhbəri bildirib ki, Amerika hərbçilərinin İsrailin İrana qarşı hazırkı zərbələrinə cəlb edilməsi ilə bağlı yekun qərar hələ verilməyib. Eyni zamanda, onun fikrincə, İslam Respublikası ilə nüvə proqramı ilə bağlı yeni razılığa gəlmək hələ də gec deyil, lakin xəbərdarlıq edib ki, “danışmaq üçün çox gecdir”.

ABŞ-ın İranın nüvə və hərbi obyektlərinə zərbələr endirmək perspektivini şərh edən Tramp jurnalistlərə açıqlamasında "Bəlkə verəcəm, bəlkə də verməyəcəyəm. Nə qərar verəcəyimi heç kim bilmir" deyib.

Daha sonra çərşənbə günü Oval kabinetdə çıxış edən prezident vurğulayıb ki, Vaşinqtondakı bəzi dairələrin müdaxilə etmək istəməməsinə baxmayaraq, "İranın nüvə silahına malik olmasının qarşısını almaq üçün mübarizə aparmaq lazım ola bilər".

"Ancaq döyüşməli olsaq da, olmasaq da, İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik, çünki o zaman bütün dünya fəlakətə sürüklənəcək. Mən buna icazə verməyəcəyəm", - Ağ Evin rəhbəri vurğulayıb.

Əziz Mustafa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью