İran öldürdüyü amerikalı hərbçilərin sayını açıqladı

26.07.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Vaşinqton atəşkəsi pozduqdan sonra İran silahlı qüvvələri Yaxın Şərqdəki ABŞ bazalarında yerləşən 200-dən çox amerikalı hərbçini öldürüb.

Axar.az xəbər verir ki, bunu SEPAH-ın sözçüsü Hüseyn Mohabbi “Tasnim” agentliyinə bildirib.

"Əməliyyat zamanı 200-dən çox hərbçi öldürülüb, yaralıların sayı isə xeyli çoxdur", - deyə rəsmi qeyd edib.

Mohabbinin sözlərinə görə, ABŞ tərəfindən açıqlanan bütün statistika yalandır.

Rəsmi daha sonra Vaşinqtona İran tərəfindən hücuma məruz qalmış ABŞ bazalarına jurnalistləri dəvət etməyi təklif edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью