İran: Ölkənin infrastrukturuna kütləvi kiberhücumun qarşısı alınıb

28.04.2025

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranda ölkənin infrastrukturuna edilən kütləvi kiberhücumun qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Behzad Əkbəri bu barədə X sosial media hesabından paylaşdığı açıqlamada bildirib.

Əkbəri açıqlamasında qeyd edib ki, Rabitə İnfrastruktur Şirkəti və Rabitə Nazirliyinin təhlükəsizlik və texniki qruplarının işi ilə dünən ölkənin infrastrukturunu hədəf alan hərtərəfli və kompleks kiber hücumlardan biri təsbit edildi və qabaqlayıcı tədbirlər görüldü.

İran rəsmisi hadisə ilə bağlı əlavə məlumat verməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью