İran ölkənin paytaxtı Tehran şəhərinin altında müdafiə tuneli inşa edir | Icma.az
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bu tunel Tehran metrosunun mərkəzi stansiyalarından birini İmam Xomeyni adına xəstəxana ilə birləşdirəcək..." İran paytaxt Tehran şəhərinin altında ilk dəfə olaraq "müdafiə tuneli" inşa etmək qərarına gəlib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Belə yeraltı qurğunun inşa edilməsinə səbəb İsrailin oktyabr ayında İranın hərbi obyektlərinə endirdiyi zərbələr olub.
Məlumatda deyilir ki, bu tunel Tehran metrosunun mərkəzi stansiyalarından birini İmam Xomeyni adına xəstəxana ilə birləşdirəcək, bu da tibbi müəssisəyə birbaşa yeraltı çıxışı təmin edəcək.
"Ölkədə ilk dəfə olaraq müdafiə təyinatlı tunel inşa edilir", - bu barədə Tehran şəhər şurası nəqliyyat idarəsinin rəhbəri bəyan edib.
Bir həftə öncə İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əmir Əli Hacızadə deyib ki, İranın, demək olar ki, hər bir şəhərinin altında yarım kilometr dərinliyində raketlər arsenalı yerləşdirilib.
Hazırda İranda həmçinin düşmənlər tərəfindən ölkənin hava məkanından istifadə edilməsinin qarşısının necə alınması barədə müzakirələr gedir, bu barədə "Tasnim" informasiya agentliyi yazıb.
Tam oxu
Xəbəri oxu