İran Oman limanına hücumu təkzib ETDİ

03.03.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran Omandakı liman və digər hədəflərə hücum iddialarını təkzib edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, İranın Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib: “İran silahlı qüvvələrinin dost və qonşu ölkə Omanın ərazisinə və ya limanlarına hücum etməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Xatırladaq ki, martın 3-də Oman News Agency (ONA) mənbələrə istinadən Omanın Duqm ticarət limanına pilotsuz uçuş aparatları ilə hücum edildiyini bildirmişdi. Hücum nəticəsində limandakı yanacaq çənlərinə ziyan dəyib, lakin heç kim xəsarət almayıb.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью