Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə 28 mart tarixində İranın Mərkəzi Hərbi Komandanlığı nümayəndəsi İbrahim Zülfəqar məlumat verib.
O bildirib ki, İran rejiminin hərbçiləri Omanın Salala limanının yaxınlığında maddi-texniki təminat gəmisini hücuma məruz qoyub.
“İran İslam Respublikasının Silahlı Qüvvələri ABŞ-ın aqressiv ordusuna dəstək verən logistika gəmisinə Salala limanından kifayət qədər məsafədə zərbə endirib”, — deyə o qeyd edib.
Verilən məlumata görə, 28 mart tarixində İran Salala limanına zərbə endirib; nəticədə bir nəfər xəsarət alıb, həmçinin dron hücumu zamanı kran zədələnib.
Bundan əlavə, İran İsrail, Səudiyyə Ərəbistanı, Bəhreynin Bapco şirkətinə aid enerji obyektləri, Küveytdəki neft yatağı, Dubay və Abu Dabidəki hədəfləri də hücuma məruz qoyub.
Bizimyol.info