İran orduda xidmət üçün yaş həddini 12 yə ENDİRDİ

28.03.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Davam edən müharibə və quru əməliyyatı təhlükəsi fonunda, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) Tehran bölməsinin mədəni məsələlər üzrə köməkçisi orduya könüllülərin cəlb edilməsinə yönəlmiş proqramın başladıldığını elan edib.
Bizim.Media xəbər verir ki, Al Arabiya-nın yazdığına görə, proqram bir sıra fəaliyyətləri əhatə edir.
Bunlara kəşfiyyat və operativ patrul xidmətləri, “Bəsic” nəzarət-keçid məntəqələri, maddi-texniki təminat, konvoyların təşkili, hərbçilər üçün yemək hazırlanması, yaralı əsgərlərə qulluq və müharibədən zərər görmüş evlərə yardım daxildir.
Qeyd olunur ki, bu fəaliyyətlərin bəziləri üçün könüllülərin minimum yaşı 12-yə endirilib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью