İran ordusu ABŞ a xəbərdarlıq etdi: “Ağır nəticələrlə üzləşəcəksiniz” KONKRET

23.06.2025

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

İran Silahlı Qüvvələrinin koordinasiya qərargahı olan “Xatəmül-Ənbiyə” qərargahı ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrə sərt cavab veriləcəyini bəyan edib.

KONKRET.az xəbər verir ki, bəyanatda qeyd olunur:

“Bu cinayətə cavab olaraq, güclü və hədəfli əməliyyatlarla üzləşəcəksiniz. Bu nəticələr sizin təsəvvürünüzü aşacaq və peşman olmağınıza səbəb olacaq.”

Rəsmi Tehran bildirir ki, qarşıdakı əməliyyatlar ABŞ-ın bölgədəki mövqeyini ciddi şəkildə sarsıda bilər və ağır geosiyasi nəticələr doğura bilər.

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью