İran ordusu ABŞ nin BƏƏ dəki obyektlərinə hücum edə bilər

11.10.2026

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

İranın ali rəhbəri Müctəba Xameneinin müşaviri Möhsün Rezai bildirib ki, ABŞ-nin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hörmüz boğazı ətrafındakı bəzi obyektləri hədəf alına bilər.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi M. Rezai bunu "Press TV"yə müsahibəsində açıqlayıb.

"Amerikanın BƏƏ və Hörmüz boğazı ətrafında çox bahalı aktivləri var ki, biz onları hələ də öz hədəflərimiz sırasına daxil etməmişik", - Rezai deyib və xəbərdarlıq edib ki, əgər müharibə yenidən başlasa, bu obyektlər İran ordusunun hədəfinə çevriləcək.

Onun sözlərinə görə, söhbət kabellər, data mərkəzləri, süni intellekt təsisatları və saytlardan gedir: "Bu obyektlərin ümumi dəyəri 2 trilyon dollardan çoxdur".

///report///

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью