İran ordusu ABŞ nin Bəhreyndəki Şeyx İsa hərbi bazasına PUA larla zərbə endirib

08.07.2026

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran ordusu ABŞ-nin Bəhreyndə yerləşən "Şeyx İsa" bazasındakı hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, İranın "Mehr" agentliyinin yaydığı ordu mətbuat xidmətinin bəyanatında deyilir: "Bu gün səhər saatlarında İran İslam Respublikası ordusunun zərbə pilotsuz uçuş aparatları ABŞ-nin düşmən qüvvələrinin hərbçilərinin yerləşdiyi Bəhreyndəki "Şeyx İsa" bazasındakı obyektlərə hücum edib". Mətndə vurğulanır ki, bu hücumlar Amerika tərəfinin atəşkəs rejimini pozmasına cavab olaraq həyata keçirilib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью