İran ordusu Bəhreyndəki ABŞ bazasına drunlarla hücum edib

30.07.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran ordusu dronlarla Bəhreyndə ABŞ-ın mühüm mərkəzlərini və bazalarını hədəf alıb.

Bu barədə “Tasnim” agentliyi İran ordusunun İctimaiyyətlə Əlaqələr şöbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Hərbi Hava Qüvvələri dronlarla Bəhreyndəki Şeyx İsa bazasında ABŞ ordusunun elektrik generatorları, naviqasiya sistemi və inzibati və dəstək binalarına zərbələr endirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью