İran ordusu CENTCOM un Hörmüzlə bağlı bəyanatını təkzib edib

19.09.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

İran ordusu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuperin son bir neçə ay ərzində Hörmüz boğazından 1 milyard bareldən çox neftin təhlükəsiz keçidini təmin etməsi ilə bağlı bəyanatını təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi Əbülfəzl Şikarçı bildirib.

"CENTCOM komandanının neft tankerlərinin müşayiət edilməsi və son iki ay ərzində bir milyard barel neftin çıxarılması barədə açıqlaması reallıq olmaqdan daha çox, Amerika ordusunun bölgədəki qüvvələrinə ruh yüksəkliyi vermək, ABŞ-nin bölgədəki ağır maliyyə və can itkilərinə bəraət qazandırmaq üçün uğursuz psixoloji əməliyyatdır", - o qeyd edib.

Şikarçının sözlərinə görə, Hörmüz boğazında təşəbbüs hələ də İran ordusunun əlindədir.

Xatırladaq ki, CENTCOM komandanı admiral Bred Kuper bildirib ki, ölkəsi son bir neçə ay ərzində 1 milyard bareldən çox neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью