Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. İranın Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Moderator.az-ın "Tasnim" agentliyinə istinadən məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandanının müavini Əhməd Vahidi bildirib.
"İslam Respublikasının Silahlı Qüvvələrinin imkanları əladır, onlar mümkün döyüşlərə maksimum hazır vəziyyətindədirlər", - deyə o qeyd edib.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb.
Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb.
2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub.
Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub.