İran ordusu hərbi təlimlərə başladı

19.01.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İran ordusu bazar günü axşam saatlarında hərbi təlimlərə başlayır.

Axar.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi İran ordusunun bəyanatına istinadən məlumat yayıb.

Bəyanata görə, təlimlər qarşıdakı iki gün ərzində davam edəcək:

"Ordunun quru qüvvələrinin hücum və təhlükəsizlik təlimləri döyüş qabiliyyətini artırmaq, yeni silah və texnikanın gücünü nümayiş etdirmək üçün keçiriləcək".

Təlimdə artilleriya, zirehli qüvvələr, hava-desant qoşunları, pilotsuz uçuş aparatları, elektron döyüş vasitələri, ordunun quru qüvvələrinin 840-cı Raket qrupunun bölmələri və Rəzəvi Xorasan əyalətinin Törbat-e-Cam bölgəsində digər logistika bölmələri iştirak edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью