İran ordusu Hörmüzlə bağlı bəyanat yaydı

13.07.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Tehran ABŞ-nin Hörmüz boğazına müdaxiləsinə heç bir halda imkan verməyəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı bəyanat yayıb.

İran hərbçiləri vurğulayıblar ki, ölkənin silahlı qüvvələri ABŞ-nin gəmiçiliyin təhlükəsizliyini pozmağa və ya sarsıtmağa yönəlmiş istənilən cəhdinə qətiyyətlə qarşı çıxacaq.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı yeni tədbir çərçivəsində Hörmüz boğazını nəzarətə götürdüyünü bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью