İran ordusu kəşfiyyat PUA sını vurub

20.09.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

İran Silahlı Qüvvələri Hörmüz boğazı üzərində kəşfiyyat xarakterli Orbiter pilotsuz uçuş aparatını hava hücumundan müdafiə sistemi ilə vurduğunu açıqlayıb.

Bu barədə İran ordusunun mətbuat xidmətinə istinadən Mehr agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə sentyabrın 20-də yerli vaxtla saat 18:30-da baş verib. İran tərəfinin açıqlamasına görə, Orbiter kəşfiyyat PUA-sı Hörmüz boğazı üzərində hava hücumundan müdafiə sisteminin atəşi ilə vurulub.

Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью