İran ordusu savaşa hazırlıq səvyyəsinə gətirilib: Yeraltı hərbi bazaların yerləşdiyi bütün şəhərlərdə...

31.03.2025

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran ABŞ prezidenti Donald Trampın təhdidləri fonunda raket sistemlərini həyəcan vəziyyətinə gətirib.

Qeyd olunub ki, hazırda yeraltı hərbi bazaların yerləşdiyi bütün şəhərlərdə buraxılış qurğuları hazırlanır.

"Tehranın onun şərtləri əsasında yeni nüvə sazişi ilə razılaşmadığı təqdirdə prezident Donald Trampın dəfələrlə təhdidləri fonunda İran ordusu ABŞ-la mövqeləri vura biləcək raketlər hazırlayıb", - məlumatda deyilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə xəbərdarlıq edib(APA)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью