İran ordusu tam döyüş hazırlığına gətirildi Heydəri hədələdi

12.01.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerikanın regiondakı bütün maraqları bizim hədəfimiz altında yerləşir.

Axar.az xəbər verir ki, bu sözləri İran ordusunun quru qüvvələrinin komandanı, briqada generalı Keyumərs Heydəri deyib.

“Düşmən İrana qarşı hibrid müharibəyə başlayıb və biz həmişə düşmənlə üzbəüz qarşılaşmağa hazır olmalıyıq. Düşmənin psixoloji və hibrid müharibəsinin məqsədi ictimai rəyə hakim olmaq və ağılları qeyri-qanuni maraqlara yönəltməkdir. Ona görə də düşmənin bu yanaşmasını idarə etmək və mübarizə aparmaq gündəmdə olmalıdır”, - o bildirib.

Heydərinin sözlərinə görə, İran ordusunun quru qüvvələrinin bölgədəki bütün tankları, helikopterləri və pilotsuz təyyarələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib:

“Amerikanın regiondakı bütün maraqları bizim diqqətimizdədir və bizim əməliyyat potensialımız var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью