İran ordusunun 2 hərbçisi İsrailin aviazərbələri nəticəsində həlak olub

09.06.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

İran Hava Hücumundan Müdafiə qüvvələrinin 2 hərbçisi İsrailin aviazərbələri nəticəsində həlak olub.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, İran HHM qüvvələrinin 2 hərbçisi ötən gün İsrailin hücumu zamanı xidməti vəzifələrini yerinə yetirərkən həlak olub.

Eyni zamanda, açıqlanan son məlumata görə, İsrailin dünənki zərbələri nəticəsində İranda ümumilikdə 12 nöqtə vurulub, nəticədə 15 nəfər yaralanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью