İran öz özünü təkzib etdi: 12 günlük savaşda F 35 vurulmayıb!

11.07.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin hərbi hava qüvvələrinin İrana hücumu zamanı İran İsrail qırıcılarını vurmayıb.

Axar.az xəbər verir ki, bu barədə İran televiziyasında deyilib.

“Qırıcının vurulması və İsrailin qadın pilotunun əsir götürülməsi haqda informasiyaların yayılması İran tərəfinin yaydığı xəbərləri etibarsız etmək məqsədi daşıyırdı”, - canlı verilişdə bildirilib.

İran televiziyasının eksperti bu tip informasiyaların təxribat xarakterli olduğunu və düşmən qüvvələr tərəfindən dövriyyəyə buraxıldığını söyləyib.

Qeyd edək ki, İsrailin iki F-35 təyyarəsinin vurulması və bir qadın pilotun əsir götürülməsi barədə İranın rəsmi dövlət mediası, o cümlədən “Tasnim”, “Mehr” və digərləri məlumatlar yaymışdılar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью