Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran hakimiyyəti sanksiyaların ləğvi müqabilində öz nüvə proqramını daha şəffaf etməyə hazırdır.
Missiya.Az xəbər verir ki, bu barədə aprelin 22-də ölkə hökumətinin rəsmi nümayəndəsi Fatemeh Mohacerani deyib.
“Biz sanksiyaların ləğvi müqabilində nüvə proqramına daha çox şəffaflıq və daha çox inam yaratmağa çalışacağıq. Sanksiyaların ləğvi ölkədəki insanların həyatına müsbət təsir göstərməlidir", - o qeyd edib.
Xatırladaq ki, bir gün əvvəl İslam Respublikasının Prezidenti Mahmud Pezeşkian İran nüvə proqramı məsələsində ABŞ-la razılaşmaya hazır olduğunu, ancaq onun milli maraqları nəzərə alınacağını bəyan edib. Pezeşkian, həmçinin əlavə edib ki, Vaşinqton bərabər şərtlərlə razılaşmadan imtina edərsə, Tehran öz yolu ilə gedəcək.
Zərintac Mayisqızı
Missiya.Az