İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”

06.04.2026

Icma.az, Mia.az saytına istinadən bildirir.

Rəsmi Tehran ABŞ prezidenti Donald Tramp 7 aprelədək Hörmüz boğazının açmaq tələbinə cavab verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran Prezident Aparatının (PA) Kommunikasiya Departamentinin rəis müavini Mehdi Təbatəbai açıqlama verib.

O, bildirib ki, Hörmüz boğazı yalnız bu halda açıla bilər: “İrana qarşı hücumlarla vurulan zərər yeni tranzit statusundan əldə edilən gəlirin bir hissəsi ilə kompensasiya edildikdən sonra boğaz açılacaq”.

İran rəsmisi əlavə edib ki, əks halda bu, mümkün deyil və Tramın təhdidləri də onları qorxutmur: “Tramp qəzəb və çarəsizlikdən cəfəngiyat danışmağa davam edir”.

Xatırladaq ki, Tramp  7 apreldəkBoğaz açılmasa, İranda körpü və elektrik stansiyaları vuracaqlarını və bir sözlə, İrana “cəhənnəmdə yaşadacaları”nı iddia edib.

Samir MUSAYEV
Mia.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью