İran, Pakistan HƏRBİ GÖRÜŞ

11.04.2026

Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tasnim xəbər agentliyinin məlumatına görə, İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada çatdıqdan sonra Pakistan ordusunun rəisi Asim Munir ilə görüş keçirib.

Doğru.az xəbər verir ki, nəşrin yazdığına əsasən, Məhəmməd Bağır Qalibaf rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan ordusunun rəhbəri ilə danışıqlar aparıb.

Görüş zamanı Tehran tərəfinin ABŞ-ın əvvəlki razılaşma şərtlərini yerinə yetirməməsindən narazılıq ifadə etdiyi bildirilir. Bu şərtlərə Livanda atəşkəs və İran aktivlərinin dondurulmasının aradan qaldırılması da daxildir.

Eyni zamanda İranın Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı əvvəlki rejimi saxladığı qeyd olunur.

Pakistanın Baş naziri Şahbaz Şərif daha əvvəl 11 apreldə İslamabad şəhərində İslamabad ABŞ–İran danışıqlarının keçiriləcəyini açıqlamışdı.

Pakistan Xarici İşlər Nazirliyi isə İran nümayəndə heyətinin Pakistan ərazisinə gəlişini təsdiqləyərək, tərəflər arasında konstruktiv dialoqa ümid etdiyini bildirib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью