Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
İran ABŞ-a yeddi şərt təqdim edib və müzakirə üçün əlavə məsələlər irəli sürmək niyyətində deyil.
"Report" "Al Hadath" telekanalına istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin mətbuat katibi Həsən Kaşkavi bildirib.
Onun sözlərinə görə, Tehranla Vaşinqton arasında danışıqlar prosesi başa çatıb, lakin diplomatik imkanlar hələ də açıqdır.
Kaşkavi qeyd edib ki, tərəflər onun "danışıqlardan sonrakı mərhələ" adlandırdığı prosesə keçiblər.
"Biz yeddi şərtimizi təqdim etmişik və ABŞ-la müzakirə edəcəyimiz başqa heç nəyimiz yoxdur", – deyə o vurğulayıb.