Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İslami Şura Məclisinin (parlament) nümayəndələri İran və Rusiya Federasiyası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin ümumi şərtlərinin təsdiqi ilə bağlı razılığa gəliblər.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, parlamentdə Milli Təhlükəsizlik və Xarici Siyasət Müqaviləsi Komitəsinin hesabatına baxılarkən 191 lehinə, 8 əleyhinə və 2 bitərəf olmaqla qanun layihəsinin ümumi konturunun təsdiq edilməsinə razılaşıblar.
Preambula və 27 maddədən ibarət İran-Rusiya Hərtərəfli Strateji Müqaviləsi Moskvada iki ölkənin prezidentləri Məsud Pezeşkian və Vladimir Putinin imzaları ilə təsdiqlənib.