İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir ŞƏRH | Icma.az
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pezeşkianın belə türkcə danışığına dözmürlərMəlum olduğu kimi İran parlamentinin plenar iclasında qeyri-fars xalqların dil və ədəbiyyatlarının məktəblərdə tədrisinə icazə verən qanun layihəsi qəbul olunmayıb.
Layihəyə əsasən, məktəblərdə ana dilində ədəbiyyat fənninə iki saat həsr olunmalı idi.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkianın seçkiqabağı təbliğat kampaniyasının əsas vədlərindən biri 15-ci maddənin icrası, qeyri-fars dillərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması idi.
Ancaq ötən müddət ərzində bu istiqamətdə heç bir addım atılmayıb. Əksinə, bu istiqamətdə təzyiqlər artıb.
Bundan əvvəl prezident Tehranda Azərbaycan mədəniyyəti həftəsində çıxışı zamanı Azərbaycan türkcəsində “Heydərbabaya salam” poemasından iki bənd söyləmişdi.
Bu zaman onun çıxışını kəsərək farsca danışması tələb olunmuşdu.
Məlumata görə, parlamentin Təhsil və Araşdırma Komissiyasının nümayəndəsi Ehsan Əmirad ölkə məktəblərində etnik və yerli dillərdə ədəbiyyatın tədrisi layihəsi ilə bağlı bunları deyib: “Konstitusiyanın 15-ci maddəsində ölkənin rəsmi dili fars dilidir.
Tam oxu
Xəbəri oxu