İran parlamenti vətəndaşlara bunu qadağan etdi

16.08.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran parlamenti ölkə vətəndaşlarının ABŞ və İsrail mediasına müsahibə verməsini qadağan edən qanun layihəsini təsdiqləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, parlamentin məhkəmə-hüquq komissiyasının üzvü Osman Salari bildirib ki, belə müsahibələrə görə 6 aydan 2 ilədək həbs cəzası nəzərdə tutulur.

Qanun layihəsinin məqsədi düşmən ölkələrin kəşfiyyat qurumlarının təsirinə qarşı mübarizə aparmaq kimi təqdim olunur.

Sənəd hələ yekun qüvvəyə minməyib. Qanun layihəsi əlavə müzakirələrdən keçməli, daha sonra isə Konstitusiyanın Keşikçiləri Şurası tərəfindən təsdiqlənməlidir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью