İran parlamentində iqtisadiyyat nazirinin impiçmenti müzakirəyə çıxarılır

02.03.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Bu gün İran parlamentində iqtisadiyyat və maliyyə naziri Abdolnaser Hemmatinin impiçmentinə dair məsələ müzakirəyə çıxarılacaq.

APA-nın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, səbəb devalvasiya, İran valyutasının məzənnəsinin rekord dərəcədə aşağı düşməsidir.

Abdolnaser Hemmati deputatların suallarını cavablandırmaq üçün iclasa qatılacaq. İran Prezidenti Məsud Pezeşkian da naziri müdafiə etmək üçün iclasda iştirak edəcək.

Məsud Pezeşkian dəfələrlə bəyan edib ki, bir nazirin əvəzlənməsi köklü dəyişikliyə gətirib çıxarmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью