İran parlamentinin sədri: Aİ ölkələrinin ordusu terror təşkilatı hesab olunur

01.02.2026

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AzVision.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün parlamentin plenar iclasında deyib.
Onun sözlərinə görə, bu addımın mənfi nəticələrində Avropa İttifaqı məsuliyyət daşıyır.
“Avropa İttifaqının terrorizmin genişlənməsinə ən böyük maneə olan SEPAH-a zərbə vurmaq üçün göstərdiyi səy əslində özünə zərbə vurmaq mənasındadır”, - deyə o qeyd edib.
Parlamentin iclasında rəyasət heyətinin üzvü Əlirza Səlimi bildirib ki, Avropa İttifaqına üzv ölkələrin ordularının terrorçu hesab olunduğunu nəzərə alaraq, bu birliyə üzv ölkələrin səfirliklərindəki hərbi attaşelərinin ölkədən çıxarılması diqqət mərkəzində saxlanılmalıdır.
Parlament sədri Məhəmməd Baqir Qalibaf da parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin İran Xarici İşlər Nazirliyi ilə məsələni diqqətdə saxlamağa göstəriş verib.
Qeyd edək ki, Avropa İttifaqı 29 yanvarda İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb və İranda son etirazlarda amansızlıq göstərməkdə ittiham edib.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью