İran parlamentinin sədri: Müharibə baş verə bilər

30.08.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, regionda müharibə ehtimalı var və ölkənin buna hazır olması üçün güclənməsi vacibdir.

"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verib.

M.B.Qalibaf fikrinin davamında qeyd edib ki, indi məsul şəxslərin üzərinə daha çox məsuliyyət düşür.

"Bugünkü beyin savaşı Müqəddəs Müdafiə dövrü ilə müqayisə edilə bilməz".

M.B.Qalibaf əlavə edib ki, İran düşmənin əməliyyatlarından xəbərdardır və ABŞ, NATO, eləcə də İsrailin hava hücumundan müdafiə sistemi ona qarşı yönəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью