İran parlamentinin sədri Nəsrullahın dəfn mərasimində iştirak edəcək

22.02.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

İran islam Respublikası parlamentinin spikeri Mohammad Baker Qalibaf bazar günü, fevralın 23-də Hizbullah lideri Seyid Həsən Nəsrullah və Seyid Hashem Safieddinenin dəfn mərasimlərində iştirak etmək üçün Livana gedəcək.

Bizimyol.info xəbər verir ki, parlamentin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi şənbə günü, fevralın 22-də İRNA-ya bildirib ki, Qalibaf bir sıra digər İran rəsmiləri və millət vəkilləri ilə birlikdə dəfn mərasimində iştirak edəcək.

"Hizbullahın keçmiş baş katibi Nəsrullah və onun müavini olmuş Səfiəddinin dəfni və dəfn mərasimi bazar günü Livanın cənubunda keçiriləcək", - deyə  yüksək səviyyəli millət vəkili qeyd edib.

Qeyd edək ki, 2024-cü il sentyabrın 27-də Beyrutda İsrailin hava hücumu nəticəsində həlak olan Hizbullahın keçmiş lideri Həsən Nəsrullahın dəfn mərasimi sabah Livanın paytaxtı Beyrutda keçiriləcək.

Hizbullah lideri Naim Qassim son həftələrdə verdiyi açıqlamada keçmiş lider Həsən Nəsrullahın  və 3 oktyabrda öldürülən varisi Haşim Səfiyuddinin fevralın 23-də dəfn ediləcəyini açıqlayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью