İran parlamentinin sədrinin ailəsi Avstraliyanı tərk etdi

04.02.2026

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın oğlu İlyas Qalibaf və ailəsi Avstraliyanı tərk edib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, bununla bağlı Avstraliyada yaşayan iranlıların sosial media hesablarında məlumat paylaşılıb.

Qeyd olunur ki, Qalibaf ailəsinin ölkəni tərk etməsinin arxasında qaçqın iranlıların başlatdığı petisiya kampaniyası və Kanberra hökumətinin İran rəsmiləri və onların ailə üzvlərinə qarşı tətbiq etdiyi sanksiyalar dayanır.

Kampaniya çərçivəsində onların ölkəni tərk etməsi üçün 117 min 201 imza toplanıb. Qalibafın ailəsinə verilən vizanın da ləğv olunması üçün prosesin davam etdiyi açıqlanıb.

Qeyd olunub ki, iki gün öncə Avstraliya hökuməti bir neçə İran rəsmisi və qurumuna qarşı da sanksiyalar tətbiq edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью