İran parlamentinin spikerindən etiraf: Əsas problem bizim idarəçiliyimizdədir

04.01.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İran parlamentinin spikeri Məhəmməd Qalibaf xalqın hakimiyyətdən narazılığını təsdiq edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Məlumata görə, o, ölkədəki idarəetmə sisteminin yarıtmazlığını etiraf edib.

"Qlobal neft və qaz ehtiyatlarının 19,5%-nə malik olmağımıza və dünyada birinci yerdə dayanmağımıza baxmayaraq, yayda elektrik enerjimiz yoxdur, qışda isə qaz qıtlığı ilə üzləşməyimiz məntiqli deyil. Aydın məsələdir ki, bizim idarəçilikdə problem var. Qəbul etməliyik ki, bu gün insanlar öz həyatlarında bizim rəhbərliyimizdən şikayətlənirlər. Ona görə də, bilməliyik ki, işi lazımınca yerinə yetirməmişik", - deyə Qalibaf bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью