İran PKK nı yenidən aktivləşdirəcək AÇIQLAMA

02.06.2025

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İran Suriyada PKK-nı yenidən aktivləşdirməyi hədəfləyir”.

Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, İranın Suriyada YPG terror təşkilatı ilə danışıqlar apararaq silahı yerə qoymamağı və Türkiyə əleyhinə yenidən aktiv əməliyyatlar üçün logistik dəstək verməsi bunu deməyə əsas verir. Xüsusilə, Druzların da prosesdə iştirak etməsi üçün danışıqlar aparılması haqqında informasiya yayılır.

M.Əsədullazadənin sözlərinə görə, PKK terror təşkilatının özünü buraxması və ona bağlı olan təşkilatların eyni addım atması Tehranı hərəkətə gətirib:

"Suriyada Türkiyə məğlubiyyətini qəbul etməyən Tehran müxtəlif yollarla Suriyada yenidən aktivləşməyi hədəfləyir. İran PKK Suriya qanadını yenidən aktivləşdirsə, bu, Türkiyə və İran arasında dərin siyasi böhrana gətirib çıxara bilər. Ümumiyyətlə, İranın Suriyada yenidən proksi qüvvələr yaradıb, istifadə etməsi mümkün deyil. Buna cəhd edir. Amma, effektiv olacağı, bunun Türkiyə üçün problemlər yaradacağı mümkün görünmür. PKK İran qolu PJK silahı yerə qoymayıb. Görünür, İran PJK istifadə edərək, PKK-dan ayrılan terrorçuları qəbul edərək Suriyaya yönəldir".

Firuzə Əliyeva

Sfera.az
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью