İran: PKK nın ləğv və tərksilah qərarını alqışlayırıq

13.05.2025

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi terror təşkilatı PKK-nın ləğv və silahı yerə qoyma qərarını alqışladıqlarını bildirib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bekayinin məsələ ilə bağlı yazılı açıqlaması Xarici İşlər Nazirliyinin internet saytında dərc olunub.

Bekayi, PKK-nın tərksilah və dağıtma qərarını alqışladıqlarını və bu qərarı zorakılığın rədd edilməsi və təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirdiklərini bildirib.

Bekayi, "Ümid edirik ki, bu prosesin tamamlanmasıyla Türkiyə və bölgədə sabitlik və sülh daha da artacaq"-, deyib.

Oksana


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью