İran polis üç gün vaxt verdi “Təslim olun” | Icma.az
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranda son etiraz aksiyalarından sonra təhlükəsizlik qurumları mövqelərini sərtləşdirib.
İran Polis İdarəsinin rəisi Əhməd Rza Radan “aldadılaraq” etirazlara qatılan şəxslərə üç gün ərzində könüllü şəkildə təslim olmaları çağırışı edib.
Onun sözlərinə görə, bu müddət ərzində təslim olanlara cəzalarda ciddi yüngülləşdirmə tətbiq ediləcək.Bakupost.az xəbər verir ki, polis rəisi dövlət televiziyasına açıqlamasında etirazlara istəmədən cəlb olunan gəncləri düşmən qüvvə yox, yanlış yola yönləndirilmiş şəxslər adlandırıb.
O, vurğulayıb ki, bu kateqoriyaya aid olanlara mərhəmətlə yanaşılacaq.
Bununla yanaşı, polis rəsmisi iğtişaşların liderləri, təhrikediciləri və təşkilatçılarına qarşı sərt cəzalara tətbiq olunacağını deyib.İranın Məşhəd şəhərində baş verən hadisələrlə bağlı Kəşfiyyat Nazirliyi (ETTELAAT) də öz mövqeyini açıqlayıb.
Nazirliyin məlumatına görə, son günlər vilayətdə baş verdiyi iddia olunan “terror xarakterli hadisələrin əsas fiqurları” kimi qiymətləndirilən 192 nəfər saxlanılıb.
Onlar təhlükəsizlik qüvvələrinin və mülki şəxslərin ölümü, məscidlərin, ictimai obyektlərin, avtobusların yandırılması, həmçinin hərbi və təhlükəsizlik mərkəzlərinə hücumlarda ittiham olunurlar.Rəsmi açıqlamada bildirilib ki, saxlanılan şəxslər son günlər toplanmış “sənədlər və sübutlar” əsasında müəyyən edilib.
Tam oxu
Xəbəri oxu