İran Prezidenti 10 11 dekabr tarixlərində Qazaxıstana rəsmi səfər edəcək

08.12.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran Prezidenti Məsud Pezeşkyan 10-11 dekabr tarixlərində Qazaxıstana rəsmi səfər edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat verib.

Mətbuat xidmətindən verilən məlumatda: "Səfər çərçivəsində Qazaxıstan-İran əməkdaşlığının ticarət, iqtisadi, nəqliyyat, logistika və mədəni-humanitar sahələrdə daha da gücləndirilməsini müzakirə etmək üçün yüksək səviyyəli danışıqların aparılması planlaşdırılır", - deyə qeyd edilir.

Bu səfər zamanı Pezeshkianı yüksək səviyyəli siyasi nümayəndə heyəti, eləcə də iş adamları və iqtisadi aktorlardan ibarət ticarət nümayəndə heyəti müşayiət edəcək.

İki ölkə arasında mühüm yüksək səviyyəli ikitərəfli əməkdaşlıq sənədlərinin imzalanması da planlaşdırılır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью