İran Prezidenti ABŞ ilə bərabərhüquqlu dialoqa hazır olduğunu bəyan edib

05.04.2025

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran mübahisəli məsələlərdə ABŞ ilə bərabərhüquqlu dialoqun tərəfdarıdır.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O bildirib ki, ölkəsinin xarici siyasəti konstruktiv qarşılıqlı fəaliyyətə və bərabərhüquqlu dialoqa əsaslanır.

"ABŞ bir tərəfdən İranı təhdid edir, digər tərəfdən isə danışıqlar aparmaq istəyir. Danışıqlar istəyirsənsə, təhdid etməyin nə mənası var? Bu gün ABŞ təkcə İrana deyil, bütün dünyaya təzyiq edir, bu cür davranış danışıqlar çağırışına ziddir", - Pezeşkian vurğulayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью