İran Prezidenti Azərbaycana səfərə dəvət olunub

02.02.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran İslam Respublikasını Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı Səfirliyi “X”dəki hesabında məlumat yayıb.

H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью