İran prezidenti: Azərbaycanla münasibətimiz tarixi, mədəni və dərindir

28.04.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Azərbaycanla münasibətimiz tarixi, mədəni və dərindir".

"Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Bakıya yola düşməzdən öncə jurnalistlərə müsahibəsində deyib.

"Biz Azərbaycan tərəfi ilə danışıqlar aparıb, iki ölkə arasında əlaqələri dərinləşdirməyə çalışacağıq. Bizim Azərbaycanla əlaqələrimiz təkcə qonşuluqdan ibarət deyil, həm də sərhədin o tayındakı qardaş-bacılarımızın bir-biri ilə qədim bağları və xatirələri var və nəticə etibarı ilə Azərbaycanla əlaqələrimiz tarixi, mədəni və dərin köklərə söykənir".

M.Pezeşkian Tehran və Bakı arasında danışıqların hər iki ölkənin bütün sahələrdə inkişafına töhfə verəcəyinə ümid edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью