İran Prezidenti Bakıda keçiriləcək COP29da iştirak edəcək

04.11.2024

Icma.az bildirir, Azpost portalına istinadən.

İran Prezidenti Məsud Pezeşkian BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyasında (COP29) iştirak edəcək.

İran nümayəndə heyətinə Prezident Məsud Pezeşkian rəhbərlik edəcək.

İranın Azərbaycandakı Səfirliyindən APA-ya məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью