İran Prezidenti Bakıda keçiriləcək COP29da iştirak edəcək EKSKLÜZİV

04.11.2024

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran Prezidenti Məsud Pezeşkian BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyasında (COP29) iştirak edəcək.

Hurriyyet.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, İran nümayəndə heyətinə Prezident Məsud Pezeşkian rəhbərlik edəcək.

İranın Azərbaycandakı Səfirliyindən APA-ya məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью