İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

23.09.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Nyu-York, 23 sentyabr, AZƏRTAC

İran Prezidenti Məsud Pezeşkian ölkəsinə qarşı tətbiq edilən sanksiyaların əsas zərbəsinin əhalinin həssas təbəqələrinə dəydiyini bildirib.

AZƏRTAC xəbər verir ki, o, bunu BMT-nin Baş Assambleyasının 81-ci sessiyasında Yüksək Səviyyəli Müzakirələr zamanı çıxışında deyib.

“İran sanksiyalara məruz qalır. Xəstələr, günahsız insanlar, yoxsullar və cəmiyyətimizin ən həssas təbəqələri bu sanksiyaların hədəfinə çevrilirlər”, – deyə İran Prezidenti vurğulayıb.

Pezeşkianın sözlərinə görə, sülh və sabitlik üçün bütün ölkələrə münasibətdə eyni standart tətbiq edilməlidir: “İran xüsusi münasibət istəmir. Biz bərabər hüquqlar istəyirik və bununla yanaşı üzərimizə düşən məsuliyyəti də qəbul edirik”.

İran Prezidenti əlavə edib ki, sanksiyaların və təzyiqlərin artırılması ölkəsinin mövqeyini dəyişməyəcək: “Sanksiyalar, artan təzyiq və güc dili qarşısında İran xalqının müqaviməti yalnız artacaq. Biz heç vaxt başımızı əyməyəcəyik”.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью