İran prezidenti: Biz üvə silahına can atmırıq

16.06.2025

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İran xalqı müharibə başlatmayıb və bunu istəməyib, lakin indi İsrailin təcavüzünə qarşı vahid cəbhə ilə çıxış etməlidir.
Bunu İran Prezidenti Məsud Pezeşkian parlamentdə çıxışında bəyan edib.
"Biz müharibəyə can atmırdıq və onu başlatmadıq. Ölkənin yüksək rütbəli hərbçilərini və alimlərini öldürən biz deyildik", - İran Prezidenti deyib.
Onun sözlərinə görə, İran təcavüzkar ölkə deyil: "Biz bu gün hərzamankından daha çox birliyə və həmrəyliyə ehtiyac duyuruq. Bütün İran xalqı birləşməli və təcavüzə qarşı qətiyyətlə çıxış etməlidir".
M.Pezeşkian əlavə edib ki, İran nüvə silahına sahib olmağa can atmır(report).
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью