İran prezidenti COP29da iştirak edəcək

04.11.2024

Icma.az, Operativmedia portalına istinadən məlumat verir.

İran prezidenti Məsud Pezeşkian Bakıda keçiriləcək COP29-da iştirak edəcək.

"Operativ Media" "TehranTimes"a istinadən xəbər verir.

İran prezidentinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyası (COP29) çərçivəsində bir sıra görüşləri baş tutacaq.

İran nümayəndə heyətinə prezident rəhbərlik edəcək.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью