İran prezidenti istefa verir?

01.06.2026

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


İran hökumətinin sözçüsü Fatimə Mühacirani İran Prezidenti Məsud Pezeşkianın istefası ilə bağlı yayılmış xəbərə münasibət bildirib.

Bakupost.az xəbər verir ki, Fatimə Mühacirani "X" hesabında yazıb:

"Pezeşkian hökuməti çətin günlərdə xalqın yanında olduğunu göstərdi; bu gün də eyni baxışla ölkənin problemlərinin həlli və insanların rifahının yaxşılaşdırılması üçün çalışır. İran həmrəylik və milli birliklə irəliyə doğru gedəcək".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью